Bakıda tikiş sexində yanğın

Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 kvadrat metr olan tikiş sexinin və ümumi sahəsi 206 kvadrat metr olan anbarın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.322429895401