QHT Bayıl qəsəbəsində ağacəkmə aksiyası həyata keçirib

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ətraf mühitin məişət tullantılarından təmizlənməsi ilə bağlı Mənzil kommunal İstismar sahələrinin fəaliyyətinin monitorinqinin keçirilməsi və təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində Səbail rayonu, Bayıl qəsəbəsində ağacəkmə aksiyası həyata keçirilib.

Layihə çərçivəsində Səbail və Nəsimi rayonları ərazisində bərk məişət tullantılarının daşınması, idarə olunması ilə bağlı Mənzil-Komunal Təsərüfatı idarələrinin fəaliyyətinin monitorinqi aparılmış, yekun tədbir olaraq isə gənclərlə bərabər Səbail rayon ərazisində ağacəkmə aksiyası təşkil edilib.

Tədbirdə həmçinin Səbail rayonu İcra Hakimiyyətinin rəsmilərindən Ərazi İdarəetmə şöbəsinin müdiri İlham Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Natiq Lahıcov, ETSN-nin sektor müdirləri İbrahim Müsayibov və Aysel Ramazanova, Səbail İH-nin təsərüfat şöbəsinin müdiri Fərəməz Rəhmanov, Mənzil- Kommunal Təsərrufat idarəsinin şöbə rəisi Vüqar Mahmudov, İH-nin nümayəndəsi Yusif Məmmədov, 45 saylı Mənzil Komunal istismar sahəsinin rəisi Fuad Abdurəhmanov, Səbail rayon Bələdiyyəsinin müavini Elvin Novruzov, MKTİ-nin əməkdaşı Rəsul Tağıyev, Səbail rayon 2 saylı inzibati idarənin rəisi Mübariz Güləhmədov, ETSN-nin ictimai şuranın sədri Amin Məmmədov, ETSN-nin İŞ-nin sədr müavini Məhsəti Hüseynova ETSN-nin İŞ-nin ekoloji maarifləndirmə bölməsinin rəhbəri Aynur Zülfüqarlı, Respublika TV-nin rəhbəri Ramilə Sultan, QHT rəhbərləri, ictimaət nümayəndələri, KİV nümayəndələri və könüllü gənclər iştirak ediblər.

Tədbir son dərəcə ruh yüksəkliyi ilə keçirildi. Rəsmi qonaqlar çıxış edərək ağacəkmə aksiyalarının ekoloji maarifləndirməyə xidmət edən ən gözəl nümunə olduğunu bildirdilər. Sonda dövlət rəsmiləri və gənclərlə bərabər xatirə şəkilləri çəkilib.

0.14530491828918