“Son illərdə "Avroviziya" mahnı müsabiqəsindəki qalmaqallar bitmək bilmir.
Turin şəhərində keçirilən son musabiqəsinin qalibi, çoxların fikrincə zəif çıxış edən Ukrayna oldu. Bir neçə ekspert bunu Ukrayna-Rusiya munaqişəsinin təsiri olduğunu bildiriblər”
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.
Onun sözlərinə görə, son yarışmalarda keçirilən səsvermələrin saxtalaşdırılması məsələlər üzə çıxıb. Buna görə də yarışmada iştrakdan imtina edən ölkələrin sayı artmaqdadır:
“Son illərdə yarışmaya narazılıq edərək qatılmayan ölkələrin sayı artmaqdadır. Səbəb kimi isə yarışmanın ikili standartlara söykəndiyi, səsvermənin saxtalaşdırılmasıdır. Türkiyə səsvermə sistemində ədalətsizlik olduğu üçün yarışmada iştirakdan imtina etdi və 2013-cü ildən "Avroviziya"ya qatılmır. İndi isə, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəyini açıqlayıblar”.
“Bu müsabiqədə iştrakımız bizə nə verəcək? Gəlin özümüzü aldatmayaq. Siyasiləşmiş bir yarışmada qalib gələcəyiməz nə dərəcədə inandırıcıdır? Artıq müsabiqədə səslənən mahnıya yox, təmsil etdiyin ölkəyə kimlərinsə simpatiya etdiyindən asılıdır. Belə olan halda Azərbaycanın siyasiləşmiş yarışmada iştiraka ehtiyac varmı? Məncə yox”- Lalə Quliyeva qeyd etdi.