Dinarə Məmmədova: Təhsil sistemidə müasir tipli olmalıdır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Xəbər-PS suallarını cavablandırıb.

- Dinarə xanım bu gün ölkədə təhsil sistemi hansı səviyyədədir?

- Təhsil sistemi çox böyük anlayışdır. Bura bir çox məsələlər daxildir və dediyim kimi, çox geniş, əhatəli anlayışdır. Müəllimlərin əmək haqqın formalaşdırılması, tədris planı, dərs metodologiyası, şagirdlərlə davranış və s. kimi məsələlər. Bu gün təhsil sistemi yüksək səviyyədə deyil. Bir çox məsələlər həll olunmayıb. Yenədə məktəblərdə bayram pulu, fond pulu yığılır. Müəllimlər məktəbdə dərs deməyə maraqlı deyirlər, repetitorluğa üstün verirlər.  

- Son vaxtlar məktəblərdə tez-tez rast gəlinən şiddət halları ilə bağlı nə deyə bilərsiniz?

- Bu gün əsas məsələlərdən biri də məktəblərdəki şiddət halları ilə bağlı məsələdir. Şagirdlərin müəllimə, müəllimin şagirdlərə olan şiddət, artıq çox böyük problemlərə yol açır. Məncə bu problemin əsası yuxarıda qeyd etdiyim “fond” pulun, bayram pulun yiğılmasıdır. Uşaq pulu aparıb bir başa müəllimə verir. Müəllimdə şagirtdən pulu götürəndən sonra onun gözündən düşür. Yuxarı siniflərdə bu daha çox hiss olunur. Artıq müəllim şagirdlərdən dərsi oxumağı tələb edəndə, onlar ona cavab qaytarırlar ki, onsuzda qiyməti yazacaqsan, sənə pul vermişəm. Bax problem bundadır.

- Tədris programı da çox ağırdır. 30 il əvvələ nəzər salsaq görərik ki, o illər dərs yükü az idi, məktəblilər daha çox öyrənə bilirdilər Amma indi isə çətin fənnlər daxil olunub. Sizcə, bu sistemə keçmək nə dərəcədə doğru idi?

- 30 il əvvəl informasiya ala biləcəyimiz mənbə bir-iki televiziya kanalı  idi. İndiki internet dövründə uşaqların informasiya almaq mənbələri kifayət qədər müxtəlifdir. O zamanlar hansısa bir mövzunu araşdırmaq istəyirdiksə, gedirdik kitabxanalara. Amma indi internetdə istənilən bir mövzu ilə bağlı yüzlərlə mənbə tapmaq olur. İndiki uşaqlar daha çox məlumat ala bilirlər. O vaxt bir qohumumuzu görmək üçün ya onun ev telefonuna zəng edərdik, ya da onların evinə gedirdik. İndi isə bunları görüntülü zənglər əvəzləyib. Buna görə də, yanaşma çox dəyişib. Gənc nəslin danışıq dili  dəyişilib. Texnologiyalar onları başqa cür formalaşdırıb.  Biz bu duruma uyğunlaşmağa məcburuq. Təhsil sistemidə müasir tipli olmalıdır. 

 

0.063102006912231