Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı? - AÇIQLAMA

Siniflərdə hər partada bir şagird oturacaq və partalar arasında 1,5 metr məsafə olacaq.

Bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, siniflərdə şagirdlərin sayına limit yoxdur:

“Limit sadəcə sinif otağının həcmindən və orada karantin qaydalarının tələblərinin tətbiqindən asılıdır. Uşaqların sayı bunun əsasında müəyyənləşdiriləcək və yarımqruplara bölünəcək”.

0.38715004920959