Bilik günü və digər kütləvi tədbirlər keçirilməyəcək.
Bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib.
O bildirib ki, sinif otağında bilik gününə aid kiçik çıxışlar olacaq:
“İlk dərs “Mən pandemiya dövründə karantin qaydalarına necə əməl edirəm?” mövzusunda olacaq”.