Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb

Bakıda bir yaşlı uşağı dayısı avtomobillə vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu, bir yaşlı Ziya Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

0.34406900405884