Millət vəkilindən təklif: “Tibb Universitetinin tələbələri təhsil haqlarından azad edilsin”

Milli Məclisin iclasında deputat Məşhur Məmmədov Azərbaycan Tibb Universitetinin tələbələrinin təhsil haqlarından azad olunmasını təklif edib.

Xeber-ps.com-ın müxbiri xəbər verir ki, M.Məmmədov rayonlarda həkim kimi işləmək istəyən tələbələrin təhsil haqlarından azad edilməli olduğunu deyib.

O bildirib ki, rayonlarda həkim sayı çoxalmalıdır.

“Tibb Universiteti yaxşı təhsil verir. Yerli kadrlar klinikalarda yüksək maaşa iş tapırlar. Amma rayonlarda da həkim sayları artırılmalıdır”, - deyə M.Məmmədov əlavə edib. 

Aqşin Kərimov

0.89813899993896