Azərbaycan Yazıçılar Birliyininin (AYB) 2020-ci ilin noyabr ayına planlaşdırılan qurultayı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılmasından sonra keçiriləcək.
Bunu Xeber-ps.com-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib:
“Vəziyyət stabilləşəndə qurultayın dəqiq tarixi müzakirə olunacaq və qərar elan ediləcək”.
X.Rza qurultayın onlayn keçirilməsi məsələsinə də münasibət bildirib:
“Qurultayın onlayn keçiriləcəyini sanmıram. Belə bir məsələ müzakirə olunmur”.
Xatırladaq ki, nizamnaməyə əsasən, qurultay beş ildən bir keçirilir və AYB-nin yeni sədri seçilir. Qurultayda sədr vəzifəsinə namizədlərin kim olacağına isə, qurum rəsmisi deyib ki, qurultayın keçiriləcəyi tarix bəlli olduqdan sonra namizədlərlə bağlı məsələyə aydınlıq gətiriləcək.