Maşın oğurlayan şəxslər ələ keçdi - FOTO

Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər Xudat şəhər sakini avqustun 26-da ona məxsus VAZ-21013 markalı minik avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurladıqları müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

0.31888103485107