Fuad Əliyev: Komitə rəhbərliyi diaspor quruculuğu sahəsində naşıdır

"Diasporlarla İş üzrə Dövlət Komitəsinin istər keçmiş rəhbəri, istərsə indiki rəhbəri Fuad Muradov nə işlə məşğuldur? Vaxtı ilə Rusiyada Ümumrusiya Azərbaycanlılatı Konqresi (ÜAK) adında bir təşkilat vardı. İş adamlarından pul yığmaqla məşğul idi. Sonra da o pullar ÜAK-ın rəhbərliyinin cibinə getdi. Bununla da iş adamlarını uzaqlaşdırdılar. İndi də orada diaspora quruculuğu işi bərbaddır".

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev RLDP lideri V.Jirinovskinin Azərbaycana qarşı söylədiyi sərsəmləmələrinə münasibətində deyib.

O, qeyd edib ki, komitə xaricdə, xüsusilə Rusiyada yaşayan azərbaycanlılarla iş apara bilmir, diaspor quruculuğu sahəsində naşıdır: "44 gün Vətən müharibəsində nə işlər görüblər? Müharibədən qabaq, müharibədən sonra nə iş görülüb? Hətta nəsə etsələr belə, təbliğat işləri çox zəif olduğuna görə, bu məlumatlar mənim rastıma çıxmayıb. Çünki kadırlar yerində deyil. Bundan qabaq deyirdilər ki, hakimiyyətin gənc kadırları xaricdə təhsil alıblar. Xaricdə oxuyub Azərbaycana qayıtdıqdan sonra olan mühüti bilməlisən. Bunlar bu incəlikləri bilmirlər. Bunlar təşkilatçılıq nə olan şeydir bilmilər".

ALDP sədri onu da bildirib ki, Rusiya kimi böyük dövlətdə diaspora quruculuğu işi aparılmalıdır, soydaşlarımız təşkilatlanmalıdır: "Bu komitənin marağında deyil. Komitə rəhbərliyi gücünü verib Avropaya. Komitə rəhbəri və rəsmilər Avropanın yolunu döndəriblər Bakı-Quba yoluna. Avropada antiAzərbaycan fikirlər səsləndirilsə də, orada olan soydaşlarımız, vətənpərvər vətəndaşlarımız dərhal reaksiya bildirirlər. Amma Rusiyada belə deyil. Rusiyada normal və güclü diaspora təşkilatımız yoxdur ki, Jirinovski kimilərin cavabını verə bilsin. Fuad Muradov Avropaya səfərlər edib, dövlətin vəsaitini lazımsız yerlərə xərcləməkdənsə, qonşu ölkəyə səfər etsin. Edə bilmir, çünki ehtiyat edir. Nədən, bilinmir. Rusiyada milyonlarla soydaşımız yaşayır, işləyir. Onları bir bayraq altında birləşdirmək lazımdır, dağılıblar, pərakəndə şəkildə fəaliyyət göstərirlər. Komitə bu sahəni diqqətdə saxlamalıdır. Jirinovski kimilərə qarşı ideoloji mübarizə aparmaq lazımdır".

0.14078283309937