Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Baku News TV-nın qonağı olub. Verlişdə Fuad Əliyev RLDP sədi Jirinovskinin Azərbaycana qarşı son bəyanatını belə şərh edib:
"Mən 2015-ci ildən sonra onun fikirlərinə münasibət bildirmirdim. Qoy onun fikirlərinə 2014-ci ildə Jirinovskinin Azərbaycana səfərini təşkil edənlər cavab versinlər. Mən sizə ALDP və RLDP əməkdaşlıq tarixçəsindən danışım. 2004-cü ildən başlanan bu əməkdaşlıq 2008-ci ildə son qoyulub. Bu əməkdaşlıq illərində onun Azərbaycana qarşı mənfi bir fikir olmayıb. Mən yenə də öz fikirimdə qalıram. Nə Jirinovski, nə digər ermənipərəst mövqeyindən çıxış edənlər bizim düşmənimiz deyillər. 90-ı illərdə Staravoytava soyadında bir siyasətçi var idi. O gəlmişdi Azərbaycana ki, buradan deputat seçilsin. O vaxt Azərbaycan rəhbərliyində olanların gələcəyi görməməsi nəticəsində, ona yox deyildi. Ermənilər isə onu Ermənistandan deputat seçdirdilər. Bununla da Staravoytava oldu ermənipərəst və bizə qarşı qatı "düşmən". Eynilə bu Jirinovski. Partiyalarımız əməkdaşlıq dövründə, mən Orezident Administrasiyasına onun təkliflərini vermişdim. Onlar isə bu təkliflərə soyuq yanaşdılar. Nəticədə 2014-ci ilə qədər onun ermənipərəst çıxışları hamıya məlumdur. 2014-ci ildə isə onu Azərbaycana dəvət olundu və yüksək səviyyədə qəbul etdilər. Onun səfər vaxtı və səfərdən sonra az bir müddət Azərbaycana və Azərbaycanın dövlət başçısına xoş sözlər hamının yadındadır. Yəqin ki, ona nesə söz verdikləri həyata keçmiyəndən sonra, o yenə də "valı" deyişdi".