Ermənistanda 10 noyabr Bəyanaməni pozmaq istəyirlər

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri iyulun 13-də Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərini atəşə tutub. Daha sonra - iyulun 14-ü Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev  Ermənistanın və onun nəzarətindəki qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən danışarkən Baku News-a deyib ki, baş verənləri təxribat kimi qiymətləndirir:

“Hesab edirəm ki, Ermənistanda  qərbyönülü qüvvələr güclüdür və 10 noyabr Bəyanaməni pozmaq istəyirlər. Baxmayaraq ki, Ermənistanda güc strukturları Rusiyanın nəzarəti altındadır, qərb də idarə etdiyi adamları gücləndirir. Və bu qüvvələr bu tipli təxribatlar edir”.

Nizami Verdiyevin sözlərinə görə, Ermənistanda vəziyyət mürəkkəb və ziddiyyətli formada cərəyan edir:

“Bölgəni qarışdırmaq istəyən qərbyönülü nümayəndələri sözsüz ki, birbaşa xaricdən təlimat alırlar. Yəni bu bölgədə maraqları olan ölkənin sifarişlərini yerinə yetirirlər. Məlum olan Bəyanaməni pozmaq cəhdlər irimiqyaslı deyil və Azərbaycan hələ ki, təmkin nümayiş etdirir”.

0.13161492347717