Fuad Əliyev: Xəritələrin əldə edilməsi ilə insan itkisinin qarşısının alınmasıdır

Xəbər verildiyi kimi, iyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Ermənistanın Ağdamın ardınca, işğaldan azad edilmiş daha iki rayonumuzun – Füzuli və Zəngilanın minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil verməsi son günlərin ən önəmli hadisələrindəndir.  Azərbaycan artıq üç rayonun mina xəritələrini bu və ya digər ölkələrin vasitəçiliyi ilə Ermənistandan  almaqla  sübut edir ki, Ermənistanın bu xəritələri bizə verməkdən yayınmaq istəməsi sadəcə absurddur və bu məğlub ölkənin digər xəritələri də tez bir zamanda  tam və dəqiq şəkildə təhvil verməkdən başqa yolu yoxdur.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev  vurğulayıb ki, mina xəritələrinin təqdim olunması məskunlaşma prosesinin  daha qısa müddətə reallaşacağına imkan verəcək:

“Xəritələrin təqdim edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcək.  Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı yeni bir təhlükə yaranmışdı. Və ən vacib məsələlərdən biri xəritələrin əldə edilməsi ilə insan itkisinin qarşısının alınmasıdır. Çünki son bir neçə ayda 100-dən çox azərbaycanlı bu minaların qurbanına çevrilərək həyatını itirib və ya yaralanıb.

ALDP sədri bildirir ki, ərazilərin minalardan təmizlənməsi regionda iqtisadi inteqrasiyaya təkan verəcək:

“Azərbaycan Türkiyə ilə bütün nəqliyyat və iqtisadi əlaqələri bərpa etmək üçün böyük fürsətdən istifadə və regional iqtisadiyyata inteqrasiya etməyə imkan vərəcək. Bölgədəki bütün nəqliyyat əlaqələrinin bərpa edilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın son bəndinin həyata keçirilməsinə doğru bir addımdır. Azərbaycan Türkiyə ilə birlikdə sülhü və sabitliyi möhkəmləndirmək üçün daha yaxşı bir şans verir. Hesab edirəm ki, bu  Türkiyədən, ABŞ və Avropadan, eləcə də İsrail,  Rusiya və Çin kimi dövlətlərin  Azərbaycanın azad edilmiş ərazilərinə əhəmiyyətli sərmayələr cəlb edəcəkdir”.

0.14483094215393