Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "SƏS" TV-ın qonağı olub. Verlişdə ictimai-siyasi vəziyyət, Cənubi Qafqaz regionunda gedən iqtisadi-siyasi proseslər, Azərbaycan- Ermənistan arasında sərhəd problemləri müzakirə olunub.
Azərbaycan-Ermənistan sərhəd probleminə toxunan Fuad Əliyev bunu bildirdi:
"Yaxşı olardı ki, İki ölkə öz aralarında bu məsələni həll etsin. Amma təəssüf ki, ermənilər bütün məsələlərdə aqressivlik nümayiş etdirirlər. Onlar hələ də bizim qələbəmizi həzm edə bilmirlər. Ona görə bu məsələ üçüncü tərəf, Rusiyanın iştrakı ilə həll olunur. Düzdür, bizim Gürcüstanla da bu günə gədər sərhəd məsələsi tam həll olunmayıb. Amma mən hesab edirəm ki, Ermənistanla sərhəd məsələsi yaxın aylarda həll olunacaq. Çünki regionda stabilliyin bərqərar olunmasında Türkiyə və Rusiya qarant durublar".
"Hər şey plan üzrə gedəcək" - qeyd edən ALDP sədri Zənqəzur dəhlizinin açılacağını bildirib:
"10 noyabrda imzalanan Bəyannamədə qeyd olunun bütün bəndlər həyata keçəcək. Bu təkçə Azərbaycanın marağında deyil, bu həmçinin Türkiyə və Rusiyanın marağındadır. Bu həm də Çin və İranın marağındadır. Bu dəhliz vasitəsilə böyük iqtisadi layihələr həyata keçəcək. Ermənistan rəhbərliyi ağıllı siyasət aparsa, torpaq iddiasından və revanşist ritorikasından əl çəksə, onda bu layihələrdə iştrak edəcək və bəhrəsini də görəcək".
Fuad Əliyev toylara icazə verilməsinə münasibət bildirərkən bunu deyib:
"Birincisi, toylara bu şərtlərlə icazə vermək qərarı düzgün saymıram. Vaksinasiya olunmuş və sağalanların sayı üç milyona yaxındır. Uşaqları və yeniyetmələri nəzərə almasaq bu 50 faizdan çox edir. İkincisi, niyə indi, iyul ayında icazə verilib? Avqust ayında məhərrəmlik ayı girir və iki ay davam edəcək. Üçüncüsi, əgər belə şərtlərlə icazə verəcəkdiz, onda niyə bir ay bundan qabaq, dörd ay, bir il bundan qabaq icazə vermədiz? Bu qədər insanlara niyə problemlər yaşatdız?".
Tarif Şurasının işığın və qazın qiymətinin qaldırılmasını indiki dövründə səhv addım kimi qiymətləndirən Fuad Əliyev bunu dedi:
"Bir il yarımdır ki, pandemiya dövründə yaşayırıq. Pandemiyanın birinci ili vətəndaşlar iş yerləri bağlandığına görə evdə oturub. Bu ilin əvvəlindən karantin rejiminin yumuşalması üzündən bəzi iş yerləri açıldı. İndiki vaxtda qiymətlərin qaldırılmasını düzgün addım deyil. İndi hamısı TŞ-dən danışır. Amma heç kim marketlərdə qiymətlərin qalxmasından danışmır. Bir ərzağı ayın əvvəlində alarkən bir qiymət olur, ayın sonunda ən azı 30-40 qəpik fərqilə dəyişir, bahalaşir. Bundan danışmaq lazımdır. Bu qiymət artımı dayandırmaq lazımdır".