Nizami Verdiyev: Paşinyanın hakimiyyətdə qalması Zəngəzur dəhlizinin açılmasından tutmuş bütün nəzərdə tutulan işləri sürətləndirəcək

"ALDP sədri Fuad Əliyev bildirmişdi ki, bu seçkilərdə Nikol Paşinyan qalib gələcək. Ümumiyyətlə, Fuad Əliyevin proqnozları düz çıxır. Fuad müəllim demişdi ki, Paşinyanın məlum 10 noyabır bəyanatında imzası var və o axıra qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İkinci vacib bir amil: Rusiya Ermənistanı nəzarəti altında saxlayıb”.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Ermənistandakı seçkilərin nəticələrini şərh edərkən Baku News-a belə deyib.
Nizami Verdiyev hesab edir ki, Ermənistanda Rusiya seçkilər vasitəsilə uduş əldə edib:

 

“Hamıya məlumdur ki, Koçaryan, Sarkisyan rusiyameyilli siyasətçilərdi.  Qərbin adamı kimi tanınan Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanı Rusiyanın nəzarəti altından çıxara bilmədiyinə görə, hakimiyyətdə qalmaq üçün məcbur oldu Kremlin şərtlərini qəbul etsin. İndi isə Rusiyanın adamı kimi Paşinyan bir müddət Qərblə bütün əlaqələri kəsəcək”.

 

Nizami Verdiyevin sözlərinə görə Paşinyanın hakimiyyətdə qalması Azərbaycana sərf edir:

“Düzdür, Koçaryan seçilsəydi onsuz da Kremlin sözü ilə oturub duracaqdır, sadəcə, proses bir az ləngiyəcəkdir. Ona görə Paşinyanın hakimiyyətdə qalması Zəngəzur dəhlizinin açılmasından tutmuş bütün nəzərdə tutulan işləri sürətləndirəcək”.

 

0.10351204872131