Qarabağ bölgəsində 2-3 beynəlxalq səviyyəli aeroportların tikilməsi həm bölgənin, həm də Azərbaycanın inkişafına təkan verəcək

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Xəbər-PS-ın suallarını cavablandırıb.

- Nizami müəllim, "Şuşa Bəyənnaməsi"ni necə dəyərləndirirsiniz?

- Şuşada imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyənnamə mahiyyət baxımından çox mühümdür. Nəzərə almaq lazımdır ki, Bəyənnamədə siyasi, sosial, iqtisadi, nəqliyyat, hərbi, enerji kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. ALDP sədri Fuad Əliyev müsahibələrinin birndə deyib ki, yaxın bir zamanda ermənilər etiraf edəcəklər ki, Qarabağ Azərbaycandır. Bir neçə gün bundan qabaq Levon Ter-Petrosyanın açıqlamasına baxın, deyir ki, biz hər şeyimizi itirmişik. Qarabağ da bizim üçün itib, artıq bu məsələ əhəmiyyət kəsb etmir. Artıq beynəlxalq aləm Qarabağ məsələsini Azərbaycan tərəfində hesab edir. Erməni xalqı da bunu dərk etməlidir.

- Bəyənnamədə əksini tapan müddəalar Azərbaycana nə vəd edir?

- Azərbaycana çox sürətli inkişaf vəd edir. Azərbaycanın bütün sahələr inkişaf edəcək:  sosial, iqtisadi, turizm sahələrdə ölkəmizə inkişaf vəd edir. Artıq Zəngəzur yolu da açılacaq, Şuşada konsulluq da açılacaq. Qarabağ bölgəsində 2-3 beynəlxalq səviyyəli aeroportların tikilməsi həm bölgənin, həm də Azərbaycanın inkişafına təkan verəcək.

- Cənubi Qafqaz bölgəsinə necə təsir edəcək? Ermənistan yenə də iqtisadi layihələrdən kənarda qalacaq?

- Cənubi Qafqaz ölkələrə və yaxın qonşuların iqtisadi inkişafına əlavə imkanlar yaradacaq. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Ermənistanın indiki hakimiyyəti, ya da ki, bundan sonraki hakimiyyət torpaq iddialardan əl çəksələr, onda bütün iqtisadi layihələrdən bəhrəniləcəklər. Hər halda Ermənistan iştrak etməsə bu layihələrdə, Azərbaycan heç nə itirmiyəcək. Azərbaycan onlarsız da inkişaf edəcək.

0.10334300994873