Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri “Kanal-13” internet kanalına müsahibə verib.
“Müsaibələrin birində siz geyd etdiz ki, Azərbaycan Ermənistanla danışıqları dayandırılmalıdır. Buna səbəb nəidir?” – Fərid İsmayilovun sualına Fuad Əliyev belə cavab verdi:
“Vətən müharibəsindən sonra noyabrın10-da üç ölkə başçısı bəyanat imzaladı. Azərbaycan tərəfi bu bəyanatda bizə aid olan bütün məsələlərin hamısını həyata keçirir. Hətta ermənilərin Kəlbəcərdən çıxmaq üçün 10 gün əlavə vaxt vermək xahişini də güzəştə gedərək icazə verdi. Bəyanatda qeyd olunmuşdu ki, erməni silahlı güvvələr dekabrın 1-nə qədər Azərbaycandan çıxmalıdırlar. Buna da tam əməl etmədilər. Rusiya sülhməramlıları isə, bu ilin yanvar ayından başlayaraq, missiyadan kənar fəaliyyət göstərirlər. Şuşa şəhərində “İskəndər-M” raketinin qalıqlarının tapılması və bununla bağlı ünvanladığımız sorğuların cavabsız qalması və sonuncu, Kəlbəcərdə iki jurnalistin və bir icra nümayəndəsinin minaya düşüb çəhid olması onu göstərir ki, ermənilər və Rusiya sülhmərmlılarl birgə addımlar atırlar.”
Daha sonra ALDP sədri anti-terror əməliyyatların başlanmasına toxundu:
“Yuxarıda qeyd etdiyim məqamları nəzərə alaraq, biz Ermənistanla olan sərhədləri, o cümlədən, Laçın dəhlizini bağlamalıyıq, Rusiya sülhməramlıların Azərbaycandan çıxarılması məsələsini qaldırmalıyıq və anti-terror əməliyyata başlayaraq azad olunan torpaqlarımızda qalan erməni quldurların tör-töküntilərini məhv etməliyik”.
“Bir tərəfdən biz və bizə bu işdə köməklik edən ölkələr, şirkətlər azad olunan əraziləri minalardan təmizləyirlər, o biri tərəfdən erməni quldurlar yenidən minaları basdırırlar. Bu onu göstərir ki, ermənilər həm sərhəddən, həm də Laçın dəhlizindən çox rahat keçirlər. Düzdür, sərhədçiləriçiz 9 və 14 nəfərlik erməni hərbçilərini saxladı. Amma biz nə bilək ki, onlar neçə nəfər idi və qalanları nə etdilər, gayıtdılar, ya qaldılar. Bu da onu göstərir ki, sərhəddə boşluq var və ermənilər istədiyi kimi hərəkət edirlər.”- Fuad Əliyev qeyd etdi.
Fərid İsmayilovun “Müdafiə Nazirliyin susqunluğu nə ilə bağlıdır və nazir istefayə getməlidirmi?” suala Fuad Əliyev belə cavablandırdı:
“44 gün Vətən müharibəsində Nəcməddin Sadıqov işdən kənarlaşdırılmışdı. İndi müharibədən sonra, təxminən 2 aydır ki, onu Bakıya qaytardılar. Baxın, qayıdandan sonra nə qədər vətəndaşlarımız və son olaraq iki jurnalist minaya düşdülər. Təsədüfən belə oldu, yoxsa yox, onu deyə bilmirəm. Mənim fikrimcə, istefaya getməli olan müdafiə naziri yox, sərhəd qoşunların komandanıdır”.
Ermənilərin revanşist bəyanatlarını ALDP sədri şərh edərək bildirdi ki, bu sərsəm bəyanatlar daha çox erməni seçicilər üçün səsləndirilir:
“Seçkilər vaxtdı çox şey demək olar. Hansı müharibədən danışırlar? Ermənistan ordusu yoxdur, bərpa etmək üçün illər lazımdır. İqtisadiyyatı çöküb. Hətta xaricdə yaşayan ermənilər Paşinyan hakimiyyətindən üz döndəriblər. Qoy müharibəyə başlasınlar. Bizim ordumuz tərəfindən layiqətli cavab alacaqlar”.