Partiya sədri: Bu gecikmiş addımın indi atılmasının vaxtıdır

"Azərbaycan səfirliyinin İsraildə açılmasını ümid edirəm"
Bunu Azərbaycanın İsraildə səfirliyini açılması məsələsini daim gündəmdə saxlayan və dəstəkləyən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a açıqlamasında bildirib.

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib.

"Biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik", - İsrail Xarici İşlər Nazirliyinin başçısı Qabi Aşkenazi deyib.

Qeyd edək ki, ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclası keçirilib.

İclasda tərəflər Azərbaycanın İsrailin (koronavirusa qarşı) peyvənd sertifikatını tanıması və həmin ölkədən olan turistlərinin Azərbaycana gəlişinin bərpa olunması imkanlarını da müzakirə ediblər.

“İsrailin Azərbaycana olan isti münasibəti, hərbi sahədə əməkdaşlığı və Vətən müharibəsində bizə dəstək verdiklərinin şahidi olduq. Ümumiyyətlə, İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” – Fuad Əliyev qeyd edib.

ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalara zidd olduğunu bildirib: 

“Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyi göz qabağındadır. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.

Daha sonra ALDP sədri Fuad Əliyev bunu qeyd edib:

“Bu ildə İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışını alqışlayıram. Bu, orada səfirliyin açılmasına ilkin addım olar. Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. İsrail prezidenti  bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyinin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.

0.093148946762085