"Aprelin 24-də, dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"nü qeyd etdiyi gün Co Bayden müraciətində "erməni soyqırımı" ifadəsini işlətdi. Bu açıqlama Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı”.
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib. Onun sözlərinə görə, Türkiyənin güclənməsini istəməyən ölkələr indi də onu təzyiq edir:
“Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün isə istər İraqda, istərsə də Suriyada siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də, Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır”.
Baydenin bu bəyanatının populizm olduğunu geyd edən Nizami Verdiyev hesab edir ki, bu bəyanatın əsasında isə xristian həmrəyliyi nümayiş olunur:
“Ona görə, biz milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq. İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Şurası təcili olaraq toplanmalı və qondarma “erməni soyqırımı”nı pisləyərək Türkiyəyə dəstək bəyanat verməlidirlər”.