Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni faşistlərin işğaldan azad etdi. İndi isə azad olunan ərazilərdə bərpa işləri gedir. Mövzu ilə bağlı Baku News-a danışan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev vurğuladı ki, hər bir vətəndaş bu bəra işində dövlətə dəstək verməlidir:
”Bu bizim mənəvi borcumuzdu. Hər bir vətəndaş yaranan “Qarabağ Dirçəliş” Fonduna yardımını əsirgəməməlidir. Bu 44 gün Vətən müharibəsində yaranan milli-mənəvi birliyimizi daha da gücləndirəcək. Gənc nəsildə Vətən, torpaq sevgisini daha da artıracaq. Hesab edirəm ki, bu bərpa işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək və bunulada məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə daha da tez qayıdacaqlar“.
“Yaşat Fondun” yaranması və fəaliyyətini müsbət qiymətləndirərək Nizami Verdiyev bunu dedi: “Bu Fondların yaranması müsbət qiymətləndirirəm. Hər bir vətəndaş “Qarabağ Dirçəliş” və “Yaşat” Fonduna verdiyi dəstəyini davamlı etməlidir. Xüsusilə “Yaşat” Fonduna. “Yaşat” Fondunda yığılan könüllü ödəmələr şəhid ailələrə, yaralanan şəxslə maliyyə yardımlar olunacaq. Məndə olan məlumata görə, Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi nəzərdə tutulub. Artıq müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təqdim edilməsi ilə bağlı məlumatlar olub. Hər birimizin qazilərə borcumuz var. Heç olmasa “Yaşat” Fondun vasitəsilə onlara bu formada dəstək olaq”.