“Vətən müharibəsi dövründə beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycanın mülki vətəndaşlarına qarşı terror həyata keçirdi. 2 dəfə Gəncədə, daha sonra Tərtər, Bərdə və digər rayonlarımızda dinc insanların yaşadıqları əraziləri hədəfə aldı. ANAMA-nın Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarını aşkar etməsi ilə bağlı məlumat da deyilənləri sübuta yetirir. Bəlli olduğu kimi, tapılan qalıqlar bu raketlərin “İsgəndər-M” olduğunu təsdiqləyir”.
Bu fikirləri Xəbər-PS açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Şuşa ətrafında tapılmış qalıqlar “İsgəndər-M” raketlərinin qalıqlarıdır. Bu isə bir çox suallar yaradır. Rusiyanın rəsmi nümayəndələrin Ermənistana “İsgəndər-M” raketlərinin satılmaması haqqında məlumatlarını şübhə altına salır.
“Bəli, siz satmamısız, siz bağışlamısız. 30 il ərzində yüz millionlarla silah bağışlamısız Ermənistana. Bu illər ərzində bu və digər faktlarla bağlı Azərbaycan ictimayəti bütün dünyaya bildirmişdi”-ALDP sədri bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə dövrdə bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, KİV-lərin nümayəndələri də ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı həm hesabatlar, həm də reportajlar hazırlayıblar.
Ermənilərdən azad olunan Azərbaycan torpaqlarında basdırılan minaların xəritələrin gizlətməsinə münasibət bildirən Fuad Əliyev bunu deyib:
“Azərbaycan torpaqlarında basdırılan minaların xəritələrini gizlətməsi beynəlxalq hüquq normalarına ziddir və hərbi cinayət hesab olunur. Azərbaycan 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Lakin eyni humanist yanaşmanı Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan basdırılan minaların xəritələrini gizlətməklə işğaldan azad edilmiş ərazilərin bərpasının ləngiməsinə çalışır”.
“Niyə özlərini demokratik ölkə hesab edənlər, beynəlxalq təşkilatlar Ermənistanın cinayət əməllərinə göz yumurlar, erməni faşıstlərin “İsgəndər” raketlərindən istifadə etdiyinə və Azərbaycan torpaqlarında basdırılan minaların xəritələrin gizlətməsinə susular?! Biz 30 il ərzində kimin kim olduğunu gördük”-ALDP sədri bildirdi.