ALDP təklif edir: “28 aprel işğal günü kimi qeyd edilsin!”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bir qrup partiyanın gənc fəalla online görüş keçirib.

ALDP sədri gələcək fəaliyyəti və 28 aprel Azərbaycan tarixində işğal günü kimi qeyd olunması məsələsi müzakirə olunub.

Toplantıda ALDP  müraciət qəbul edib.

Müraciətdə deyilir:

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Bəzi tarixçilər Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. Biz  Azərbaycanın bu tarixini öyrənməliyik və müstəqillik uğrunda mübarizə aparanları unutmamalıyıq, onların fəaliyyəti, mübarizliyi xatırlanmalı və ictimaiyyətə açıqlanmalıdır.

ALDP  təklif edir ki, 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi İşğal günü kimi qeyd olunsun.

0.11283683776855