Bakıda 45 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.

0.32154893875122