Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə axşam saatlarında Musalı kəndində qeydə alınıb.
İlkin məlumata görə, Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Şirinov Nəbi Vaqif oğlu tanımadığı şəxs tərəfindən bıçaq xəsarəti alıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.