Son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək-Partiya sədri

Son illərdə ABŞ səfirliyi, eləcə də Qərb institutları Azərbaycan müxalifəti ilə təmasları azaldıb. Halbuki əvvəllər belə deyildi. Siyasi partiyalarla, QHT rəhbərləri, müxalif medianın baş redaktorları ilə görüşlər keçirilirdi. ABŞ səfirliyi bu istiqamətdə ən aktiv səfirlik hesab olunurdu. Amma indi belə deyil. Səbəb nədir?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, ABŞ səfirliyi iki səbəbə görə bu görüşləri keçirmir: 

“Birincisi, Tramp administrasiyası daha çox daxili siyasətə fikir verirdi. Tramp ABŞ iqtisadiyyatını yüksəltmişdi. Bu da Amerikanın dünyada mövqeyinin güclənməsinə səbəb olmuşdu. İkinci səbəb isə COVİD-19-u göstərə bilərəm. Karantin dövründə görüşlərin böyük formatda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Ola bilər ki, təkbətək görüşlər olub. Ona görə də, ABŞ səfirliyinin fəaliyyətsizliyi müşahidə olunub. Hesab edirəm ki, Bayden dövründə belə olmayacaq. Demokratlar Partiyası daha çox xarici siyasətinə üstünlik verir. Başqa ölkələrdə ”demokratiya" adı ilə inqilablara dəstək verirdi, ölkələrin daxili işlərinə qarışırdı. Amma son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək".

/Yeni Müsavat/

0.33402395248413