“Onlar xalqı, dövləti fikirləşmirlər, yalnız öz ciblərini fikirləşirlər.”
Bunu Baku News-a verdiyi müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəzi məmurları tənqidini şərh edərkən bildirib.
- Fuad müəllim, illər boyu müxalifət məmur özbaşnılalqdan danışıb, müstəqil mətbuat bu məsələləri işıqlandırıb. Son vaxtlar isə dövlət başçısı çıxışlarında bu məsələ ilə bağlı açıqlamalar verir. Sonuncu çıxışında isə konkret adlarını çəkərək sərt tənqid edib.
- Bəli, siz düz qeyd etdiniz ki, dövlət başçısı dəfələrlə öz çıxışlarında məmurları tənqid və xəbərdarlıq edirdi. Son etimad göstərərək onlara bir daha şans verirdi. Görünür “Hər kəs yerini bilməlidir” ifadəsə dövlət başçısının səbrin tükənməsini göstərir. Nəyinki indi adları çəkilən nazirlər, bütün məmurlar nəticə çıxarmalıdırlar. Nəticə çıxarmayanların isə axırı pis olur. Görün bu məmurlar nə qədər arxayındılar ki, Şuşanın bərpasını fikirləşmək əvəzinə, özlərini fikirləşirlər. Rəhbərlik etdikləri nazirliyin Şuşada nümayəndəliyini açmaqla, özləri üçün şərait qurmaq istəyirlər. Bu bilirsiz nə deməkdir? Yenə də milyonlarla vəsait şişirdilmiş layihəyə xərclənəcək və nəticədə vəsaitin böyük bir hissəsi onların ciblərinə gedəcək. Bunlar bunu istəyirlər. Onlar xalqı, dövləti fikirləşmirlər. Ancaq öz ciblərini fikirləşirlər. Bu qədər var-dövlət sahibisiz, doymadız? Bir gün xalq sizdən bunun hesabatını mütləq istəyəcək.
- Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı bir neçə qərarın qəbul edildiyini bildirib. Siz də müsahibələrin birində bildirmişdiniz ki, bərpa işləri və ora bizim vətəndaşların qayıdışı mərhələli olacaq. Bəzi partiya sədrləri vətəndaşların derhal köçürülməsini istəyirlər. Sizin fikrinizcə niyə gecikir bu məsələ?
- Hesab edirəm ki, onların bu populist fikirləri cəmiyyətdə çaşqınlıq yaradır. Kimlərinsə xoşuna gəlmək üçün belə fikirləri səsləndirmək yanlışdır. Dövlət əhəmiyyətli olan məsələlərdə populizm yol verilməzdir. ANAMA azad olunan torpaqlarda minalardan təmizləmə işləri aparır. Buna paralel olaraq, təmizlənmiş ərazilərdə infrastrukturun bərpası gedir. Yolların çəkilməsinə başlanıb. Evlərin bərpası, yenilərin tikilməsi. Bu mərhələli prosesdir. Bunlar həyata keçdikçə vətəndaşlarımızın qayıdışı olacaq. Şuşada "Türk vision" mahnı müsabiqəsinin və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Deməli ona gədər Şuşaya vətəndaşların bir hissəsi qayıdacaq. Fizulidə beynalxalq səviyyəli aeroportun tikilməsi başlanıb. Bu ilin axırına onu təhvil verəcəklər. Deməli, bu müddətə qədər Fizulinin şəhər və kəndləribdə bərpa işləri qurtaracaq və vətəndaşlar öz evlərinə qayıdacaqlar. Digər rayon və şəhərləri də eynilə misal çəkmək olar.
-Fuad müəllim, erməni-faşısti Njdenə heykəlin qoyulması ilə bağlı Rusiya Federasiyasının Dövlət Dumasında fraksiya rəhbərlərinə məktub yazmısız. Cavab almısız?
-Bəli bir neçə gün bundan qabağ, RF Dövlət Dumasında dörd fraksiya rəhbərliyinə, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinə və Dumada olan ayrılıqda partiya rəhbərlərinə məktub göndərdim. Erməni-faşısti olan Njdenə heykəlin qoyulmasına siyasi qiymətin verilməsini xahiş etmişdim. Həmin gün partiyalardan məktubu qəbul etdikləri ilə bağlı cavab gəldi. Dünən isə Dövlət Dumasının məktublarla iş departamentindən cavab məktubu gəlib. Məktubda bildirilir ki, bizim məktubumuza baxılıb və dörd fraksiya rəhbərliyinə və beynəlxalq komitəsinə göndərilib. Bundan başqa, ALDP-nın digər ölkələrdə əməkdaşlıq etdiyi partiyalara da bu erməni-faşısti olan Njdenin və Qarabağda erməni vandalizm haqqında məlumatlar göndərmişik. Biz noyabrın 10-da Qələbə gazansaq da, siyasi və informasiya müharibəsində də qələbə qazanmalıyıq. Heç kim rahat və arxayın olmasın. Bu işdə kimin nə imkanı varsa ortalığa goymalıdır.