Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının... Etiraz məktub

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Federasiyası Dövlət Dumasının fraksiya rəhbərlərinə məktub yazıb. 

 

Məktubda ALDP sədri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə "Qarabağ Azərbaycanın ərazisidir" fikrinə görə təşəkkürünü qeyd edərək, ölkələrimizin Cənubi Qafqazda uzunmüddətli, sabit bir sülhün təməlini qoyduğunu bildirib. 

Daha sonra F.Əliyev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərin mövcudluğu bildirərək, Sovet dövründəki münasibətləri xüsusilə qeyd edib.

“Atalarımız və babalarımız ölkənin işğalına, faşizmə qarşı birlikdə mübarizə aparmışlar. O dövrlərdə atalar və babalar, vətənlərini xilas edərək, bütün planetimizi faşizm bəlasından azad etdiklərini bəlkə də anlamadılar. Sovet xalqının böyük əməyi olmasaydı, dünyanın bu gün necə olacağını təsəvvür etmək belə çətin olacaqdır.”- Fuad Əliyev qeyd edib.

Daha sonra ALDP sədri məktubda qeyd edib:

“Bildiyiniz kimi, 30 illik işğaldan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və tarixi Qarabağ ərazisini geri qaytardı. Azad olunan ərazilərdə bərpa işləri aparılır. Naxçıvan blokadasının açılmasında Rusiyanın rolunu da qeyd etmək istəyirəm. Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli razılığı ilə, Naxçıvana Ermənistan ərazisindən keçməklə yol açılacaqdır. İqtisadi baxımdan Rusiya üçün də cəlbedici olacaq, çünki bu yol Rusiyadan Yaxın Şərqə və geriyə tranzit trafiki həyata keçirəcəkdir.”

Fuad Əliyev erməni-faşısti Njdenə heykəlin qoyulmasına da toxundu.

“Təəssüf ki, erməni tərəfi konstruktiv mövqedə qalmaq əvəzinə, Cənubi Qafqazın sabitləşdirilməsi üçün Rusiya-Azərbaycan səylərinə mane olur. Bu gün Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazidə,  erməni qisasçılarının və separatçıların nasist Qaregin Njdeyə abidə ucaldıldı! Garegin Njide, Sovet İttifaqı ərazisində, o cümlədən dinc Sovet xalqına qarşı terror və təxribat aktları həyata keçirmək üçün təxribat və terror qrupları hazırlamağa və göndərməyə kömək etdiyinə görə Sovet hərbi tribunalı tərəfindən mühakimə olunan bir nasist idi.  Bu abidənin ucaldılması təkcə Azərbaycan və Rusiya üçün təhqir deyil, eyni zamanda bütün bəşəriyyətə təhqirdir! Garegin Njide abidəsi, «Böyük bir Ermənistan” xəyallarını və milli müstəsnalıq idealarını özündə cəmləşdirir. Vaxtı ilə həmin bu ideaları Hitlerin bir vaxtlar almanlar haqqında söylədiyi müstəsnalıq haqqında olan pis millətçi  ideologiyanın əsas hissəsi olub.”

Partiya sədri bir neçə il bundan qabaq Rusiyanın Armavir şəhərində erməni faşısti Njdeyə ucaldılan abidənin sökülməsini xatırladıb:

“Rusiya və Azərbaycan ictimaiyyəti buna mənfi münasibət bəslədikdən sonra Armavirdə faşistlərin erməni ortağı olan Qaregin Ter-Harutyunyanın (Garegin Nzhdeh) xatirə lövhəsi söküldü. Bu, Böyük Vətən müharibəsi xatirəsinə hörmət bəsləyən Azərbaycan və Rusiya üçün ümumi bir qələbə idi. Bu cinayət əməlidir - "Nasizmin reabilitasiyasıdır"”

Məktubun sonunda ALDP sədri Fuad Əliyev Rusiya Federasiya Dövlət Dumasının fraksiya liderlərinə erməni separatçılarının Rusiya-Azərbaycan münasibətlərinə zərər verən və Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirən hərəkətlərinə siyasi qiymət verilməsini xahiş edib 

0.093845844268799