Konqres üzvü müsəlman həmkarlarının İncilə and içməsini istəyib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Respublikaçılar partiyasından olan Marcori Teylor Qrin parlamentə seçilməzdən öncə bir sıra qalmaqallı hadisələrin mərkəzində yer alıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, xanım Qrin “Facebook” şəbəkəsində Demokrat partiyası üzvlərinə qarşı zorakılığı dəstəkləyib. O, həmçinin Konqresin müsəlman üzvlərini Qurana yox, İncilə and içməyə məcbur etmək istəyib.

Millət vəkili olanadək Qrin eks-prezident Bill Klintonun satanist və pedofil olduğuna inanıb, həmçinin sosial şəbəkələrdə yayılan bu tipli iddiaları bəyənib. Qrinin fikrincə Demokratların miqrantlara qarşı yumşaq münasibəti sonuncuların azyaşlı övladlarından cinsi istismar məqsədilə istifadə etmələridir.

Bütün bu deyilənləri nəzərə alaraq, Nümayəndələr Palatasının digər bir üzvü Cimmi Qomez qalmaqallı keçmişi olan Qrinin Konqresdən xaric olunması haqqında vəsatət qaldırıb.

Günahlandırılan Marcori Teylor isə sosial şəbəkə səhifələrini özünün idarə etmədiyini bildirib. CNN-in iddialarını isə kontekstdən çıxarılmış və birtərəfli adlandırıb.

0.30113816261292