Eks-prezident maska taxmadığı üçün cərimə olundu

Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus maska taxmadığı üçün cərimə olunub.

2003-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasətçi 465 dollar cərimə ödəməlidir.

“Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus respublikanın yaranmasının növbəti ildönümü mərasimində maska taxmadığı üçün cərimə olunub”, - deyə Praqa şəhər epidemioloji xidmətinin məlumatında bildirilib.

Eks-prezident cərimənin ləğvi üçün məhkəməyə şikayət edəcəyini bəyan edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl də Klaus karantin qaydalarını pozduğu üçün 140 dollar cərimə olunmuşdu.

0.29364609718323