AŞPA tarixində ilk dəfə qadın Baş katib seçildi - FOTO

Avropa Şurası Parlament Assambleyasına yeni Baş katib seçilib. 

Bu barədə məlumat AŞPA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə Despina Çatsivaliu-Tsovilis qurumun yeni Baş katibi seçilib.

O, öz vəzifəsinin icrasına martın birindən başlayacaq

Qeyd edək ki, Despina Çatsivaliu-Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadın olacaq.  

0.71249914169312