Braziliyanın cənubundakı Paran ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “G1” portalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Belə ki, sərnişinləri daşıyan nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində avtobusda olan 59 şəxsdən 21-i həlak olub, 33 nəfər xəsarət alıb.
İnsidentlə əlaqədar yol tamamilə bağlanıb.
Ərazidə 16 kilometr uzunluqda tıxac yaranıb.