“Ford” “Qazel”lə toqquşdu və alışdı - VİDEO

Çeçenistanın Oyxara qəsəbəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford Fokus” markalı avtomobil yola çıxan “Qazel” ilə toqquşub.

“RenTV” telekanalı hadisənin yol kənarında quraşdırılan müşahidə kameraları tərəfindən qeydə alındığını bildirib.

Kadrlarda hadisənin gecə saatlarında baş verdiyi və toqquşmadan sonra “Ford”un ani olaraq alışdığı da görünür.

Hadisə nəticəsində səbəbkarın yerindəcə öldüyü bildirilir. Digər sürücü isə ciddi xəsarət alaraq xəstəxanaya çatdırılıb.

 

0.33719706535339