Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır

"Anlaşma Memorandumunun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq"

Bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev KİV-ə açıqlamasında bildirib.

ALDP sədri bildirib ki, Xəzəryanı ölkələr arasında əməkdaşlığın vacibliyini, 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi seçki proqramında göstərmişdi.

“Çox müsbət haldır ki, bu əməkdaşlıq başlanıb və bu günə kimi davam olunur. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin, sabitliyin qarantıdır. Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır. Xəzəryanı ölkələrin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan və Türkmənistan arasında uzun müddət mübahisəli olan, bizim "Kəpəz", türkmənlərin isə "Sərdar" adlandığı neft-qaz yatağının "Dostluq" adı ilə istismara açılmasına razılaşması çox böyük hadisədir".

Fuad Əliyevin sözlərinə görə, imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan  tranzit ölkə kimi mövqeyini möhkəmləndirəcək:

«Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək.»

ALDP sədrinin fikirincə, bu razılaşmanın İqtisadi səmərəsi ilə yanaşı, onun siyasi əhəmiyyəti də var:

Türkmənistan qazının TANAP-TAP yolu ilə tranzit olunması gözlənilir. Azərbaycan “Dostluq” yataqda olan enerji resurslarının birgə işlənməsi, dünya bazarına çıxarılmasından dövlət gəlirlərini artırmaq imkanı qazanacaqla bərabər, tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək. “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunaxaq. Bu da, öz növbəsində Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətini artıracaq.”

 

0.2812180519104