Nazirliklərə, dövlət idarələrə yeni binaların tikilməsi niyə lazımdır?

"Mərkəzi Bankın binası ola-ola yeni bina nəyinə lazımdır?"

Xəbər-PS xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Reuters" agentliyinin məlumatına əsasən Mərkəzi Bankın yeni binaının tikilməsinə 218 milyon avro vəsaitin ayrılması ilə bağlı “Hürriyyət-TV”-yə açıqlamasında bildirib.

“Buna reaksiya vermək mütləq lazımdır. İndiki vəziyyətdə, pandemiya dövründə belə lazımsız xərclər etmək olmaz. Bu vəsaiti şəhid ailələrə, qazilərə vermək lazım idi. Nazirliklərə, dövlət idarələrə yeni binaların tikilməsi niyə lazımdır? SOCAR-ın binası var idi, onun üçün yeni bina tikildi, Ekologiya Nazirliyin binası ola-ola, yeni bina tikildi. Yeni binaların tikilməsinə yüz millionlarla pul xərclənib. İndi neftin qiyməti yenə də qalxır. Əldə olunan gəlirlər, tikinti üçün şişirdilmiş xərclərlə həyata keçir. Sonra da millionlarla bu pullar ciblərə gedir. Neft gəlirlərini düzgün istuqamətə yönəltmək lazımdır. Nə qədər az təqaüd alanlar var, onların kömək etmək lazımdır, müəllimlərin, həkimlərin maaşlarını qaldırmaq lazımdır. Bu problemləri həll etmək lazımdır. Büdcəmiz hər bir vətəndaşın bir manat da olsa, pulu ilə formallaşır. Pandemiya dövründə və ümumiyyətlə, belə lazımsız xərclər etmək olmaz. Buna ciddi nəzarət etmək lazımdır. Mən bir neçə dəfə təklif vermişəm ki, prezidentin yanında İctimai Şura yaradılsın. Ora siyasi partiyalar, mətbuat, ictimai xadimlər təmsil olunsunlar və cəmiyyəti narahat edən bu tipli məsələləri dövlət başçısına çatdırsınlar. Büdcə xərclərə ictimai nəzarət mütləq lazımdır”-ALDP sədri qeyd etdi.

2.0284128189087