Xətai rayonunda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1989-cu il təvəllüdlü Ağayevə Vüsalə Vaqif qızı müxtəlif xəsarətlər alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.31156492233276