Xızıda şəhid plakatları sökülür? - AÇIQLAMA + VİDEO

Xızı rayonunda yol kənarında şəhidlərin xatirəsinə qoyulan plakatların söküldüyünə dair sosial şəbəkədə videogörüntü yayılıb. 

Məlumata görə, şəhid plakatlarının Xızı Rayon İcra Hakimiyyəti tərəfindən sökülməyə cəhd edildiyi iddia olunur. 

Məsələni aydınlaşdırmaq üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xeber-ps.com-ın sorğusuna cavab olaraq, rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov iddiaların əsassız olduğunu bildirib:

“Sosial şəbəkədə yayılan videolarla tanışıq. Hadisə heç də təsvir edildiyi kimi olmayıb. Heç kim şəhidlərin plakatlarını sökmür. Sadəcə olaraq şəhid Verdiyev Natiq Əlmurad oğlunun fotosunun vurulduğu plakat yola yaxın olduğu üçün yerləşdiyi yerdən təxminən 40 santimetr kənara çəkilib. Ailəsinin də məlumatı var, heç bir narazılıq yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. 

Könül Cəfərli

0.32484102249146