Postlardan keçməyə cəhd göstərən neçə nəqliyyat vasitəsi geri qaytarılıb?

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan dörd nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

0.29287481307983