Partiya sədri: Xocalı soyqırımı, Qarabağda minlərlə şəhidimizi unutmamışıq

"Qarabağda ermənilərlə birgə yaşayış haqda danışmaq hələ tezdir"

Xəbər-PS məlumatına görə bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Qarabağda ermənilərlə birgə yaşayışla bağlı “Hürriyyət-TV”-yə açıqlamasında bildirib.

“Hesab edirəm ki, bu haqda danışmaq hələ tezdir. Və birgə yaşayışın mümkünsizliyi bizə görə yox, məhz ermənilərə görədir. İllər, əsrlər boyu ermənilər bizə, azərbaycanlılara və türklərə qarşı düşmənçilik mövqedə olublar. Uşaqları qondarma “erməni soyqırımı” kompleksinə aparıblar və bizlərə qarşı nifrət hislərilə böyüdüblər. Tarixi saxtakarlıq ediblər. Biz də 20 yanvar hadisələri, Xocalı soyqırımı, Qarabağda minlərlə şəhidimizi, 44 günlük müharibədə Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhalinin bombalanmasını unutmamışıq. İndi Ermənistanda bir ağıllı siyasətçi hakimiyyətə gəlməlidir ki, bu siyasətin yanlış olduğunu başa düşüb, Azərbaycan və Türkiyə ilə normal münasibət qursun. Bu birinci növbədə onlara xeyir gətirəcək. Yeni bir nəsil gəlməlidir ki bunu dərk etsin. Baxın, biz birinci Qarabağ müharibəsində uduzmuş bir halda çıxdıq. Hamımızda ruh düşgünliyi, inamsızlıq var idi. Çoxları deyirdilər ki, artıq “Qarabağı itirmişik, Qarabağ bizim deyil” və s. Bir nəsil dəyişdi, yeni bir gənc nəsil gəldi. Belə bir fikir formalaşmışdır ki, bu gənclərə Qarabağ lazım deyil, bu gənclər başqa ruhda böyuyurlər. Amma gördüz ki, tam əksinə oldu. Gənclərimiz vətənpərvər ruhda böyüdülər və Qarabağı işğaldan azad olunmasını bir yolda görürdilər. Bu yol muharibə yolu idi. Və 44 gün ərzində gənclərimiz Qarabağı azad etdilər. Biz torpaqlarımızı azad etdik. Vətəni sevən gənclərin hesabına. Allah rəhmət etsin şəhidlərimizi, qazilərə Allah şəfa versin. Hamısı bizim fəxrimizdir. İndi Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır. Bir gün ərzində olan şey deyil. Aylar, illər keçməlidir ki, biz ermənilərlə, ola bilər, birgə yaşayaq. Müəyyən bir müdət lazımdır. Bizim soydaşlarımız Qarabağa qayitmalıdırlar, dövlət strukturları orda regional təşkilatları açmalıdırlar, fəaliyyətə başlamalıdırlar. Misal üçün, Xankəndində statistikaya görə 20 min azərbaycanlı yaşayıb, indi ola bilər 30 min qayıtmalıdır. Bu qayıdış prosesi yekünlaşandan sonra ola bilər ki, birgəyaşayış olsun, amma buna vaxt lazımdır”- ALDP sədri bildirib.

0.17496800422668