ALDP sədri: Ərdoğan qlobal siyasətcidir və belə məsələləri çox gözəl bilir

Xəbər-PS ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Hürriyyət-TV”-nın qonağı olub. Aparıcı Fərid İmranlı və Fuad Əliyev gündəmi müzakirə ediblər.

Aparıcı Fərid İmranlının “Yanvarın 11-i, Moskvada keçirilən görüşün cəmiyyətdə birmənalı qarşılanmadığını və imzalandığı Bəyanat Sizi qane etdimi” sualına ALDP sədri belə cavablandırıb:

“Yanvarın 11-i Moskvada keçirilən görüş, noyabrın 10-da imzalanan bəyanatdan iki ay sonra baş verib. Bu iki ay müddətində bəyanatda əks olunan bəzi məsələlər Ermənistan tərəfindən pozulub, digərləri açıq qalıb və bu da cəmiyyətimizi narahat edirdi.”

Onun fikrincə, yanvarın 11-i imzalanan ikinci bəyanat daha çox iqtisadi bloka aid idi və bunun da gələcəkdə Azərbaycana müsbət təsiri olacaq.

“Əsas məsələ 4 saat keçirilən qapalı görüşdə olub. Yəqin ki, burada dövlət başçısı İlham Əliyev cəmiyyətimizi narahat edən bütün məsələləri səsləndirib. Mətbuat kohfransında Paşinyana baxanda, qapalı görüşün necə gərgin keçdiyini görmək olar. Hiss olurdu ki, Paşinyan istədiyinə nail ola bilməyib və çox məyus idi”- Fuad Əliyev qeyd edib.

Aparıcı Fərid İmranlının “Bizim bəzi siyasətçilərlər Qarabağa status verilməsi məsələsini qeyd edirlər və Sizin fikrinizcə bunu gözləmək olarmı?” sualını Fuad Əliyev belə cavablandırıb:

“Mən bu məsələni gündəmə gətirilməsinin əleyhinəyəm. Status məsələsi bitib və olmayacaq. Vətən müharibəsi gedən zaman və qələbədən sonra öz çıxışlarında İlham Əliyev status məsələsini nə olduğunu dəfələrlə bildirib. Putin bir neçə dəfə öz çıxışlarında “Qarabağ Azərbaycanın ərazisidir” açıqlamaları bunu bir sübut kimi göstərmək olar. Baxın Ermənistan mətbuatına. Onlar yazılar ki, artıq Qarabağ məsələsi onlar üçün bitib, yoxdur. Yazılar ki, onlar Qarabağı itiriblər. İndi bizim bəzi partiya sədrləri bu məsələni gündəmə gətirirlər. Bu çox ziyanlıdır. Bəlkə kiminsə tapşırığı yerinə yetirirlər, bəlkə də onlar 5 kolonun üzvləridir.”

Fuad Əliyev sülhməramlılarla bağlı açıqlamasında bir daha öz proqnozunu verdi:

“Mən bir daha proqnoz verərək deyirəm ki, 2-3 ilə sülhməramlılar Azərbaycandan çıxacaq. Dövlət idarələri, təşkilatların Qarabağda öz regional strukturları açılandan, soydaşlarımız Qarabağa qayıdandan sonra sülhməramlılara ehtiyac qalmayacaq. Bu mütləq belə də olacaq.”

Aparıcı Fərid İmranlı Türkiyə prezidenti Ərdoğanın da “Rusiya sülhməramlı qüvvələrin Azərbaycan ərazisini tərk edəcəklər” bəyanatını dinləyicilərə çatdırdı.

“Görünür Ərdoğan bunu bilir ki, belə açıqlama verir. Bizim bəzi partiya sədrlıri bəzi məsələlərdə maksimalistdilər, məsələləri dərhal həll ounduğunu istəyirlər. Qlobal siyasət var. Hardasa gözləmə mövqeyi tutmaq lazımdır. Ərdoğan qlobal siyasətcidir və belə məsələləri çox gözəl bilir. Mən də bundan qabaq qeyd etdiyim kimi, sülhməramlılar 2-3 ilə çıxacaq”- Fuad Əliyev bildirib.

0.53479194641113