Ötən il Azərbaycanda neçə əcnəbiyə yaşama icazəsi verilib? - AÇIQLAMA

“2020-ci ildə Azərbaycanda daimi yaşamaq üçün icazələrin verilməsində 18 faiz azalma qeydə alınıb”.

Xeber-ps.com-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə daimi yaşamaq üçün 2 041 şəxsə belə icazə verilibsə, 2020-ci ildə bu rəqəm 1 669 olub.

“İcazələrdən 633-ü Gürcüstan, 448-i Rusiya,112-i Türkiyə, 88-i İran, 65-i Türkmənistan, 293-ü isə digər ölkələrin vətəndaşlarına verilib”.

“İş icazələrinin verilməsində doqquz faiz azalma olub. 2019-cu ildə bu rəqəm 6 680, 2020-ci ildə 6 106 olub. Mövcud vəziyyət nəzərə alınarsa, bu azalma çox deyil. Bu, sahibkarlıq fəaliyyətində müəyyən dinamikanın olmasının göstəricisidir”, - deyə V.Hüseynov bildirib.

İlhamə Əbülfət

0.30193495750427