Mask Zukerberqlə istənilən qaydalar əsasında döyüşə hazır olduğunu bildirib

ABŞ-li milyarder İlon Mask sahibkar Mark Zukerberqlə döyüşməyə hazır olduğunu xatırladıb.

Xeber-ps.com osnmedia.ru-ya istinadən xəbər verir ki, bu sözlərin yer aldığı videonu "Fox News"un jurnalisti Kelli Fares sosial şəbəkə hesabında paylaşıb.

Eyni zamanda, milyarderin fikrincə, döyüş istənilən qaydalar əsasında baş tuta bilər.

"Mən Zukerberqlə hər yerdə, istənilən vaxt, istənilən qaydalar əsasında döyüşə hazıram", - deyə Mask bildirib.

Xatırladaq ki, bundan əvvəl Mask oktaqonda UFC qaydalarına uyğun döyüşməyə hazır olduğunu bildirmişdi.

Mask Zukerberqlə istənilən qaydalar əsasında döyüşə hazır olduğunu bildirib

Mask Zukerberqlə istənilən qaydalar əsasında döyüşə hazır olduğunu bildirib

0.28730821609497