NATO 500 mindən çox hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib

"2014-cü ildən bəri 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir".

Xeber-ps.com CNN-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Daxlalla deyib.

"2014-cü ildən bəri NATO bizim kollektiv müdafiəmizdə bir nəsil ərzində ən əhəmiyyətli transformasiyaya məruz qalıb", - o bildirib.

"Biz Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik və hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - Daxlalla əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Polşa Prezidenti Ancey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirmişdi.

0.42303490638733