ABŞ-də qanlı atışma: Ölənlər və yaralananlar var

Qərbi Filadelfiyada (Pensilvaniya, ABŞ) atışma nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, məlumatı yerli polis yayıb.

Məlumata görə, hadisə təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

İnsidentin səbəbi hələlik açıqlanmayıb.

Polis müfəttişi bildirib ki, atəş açan bir neçə nəfər ola bilər.

0.33123302459717