Mikayıl Cabbarov: "Yüksəliş" müsabiqəsinin insan kapitalının inkişafı üçün əhəmiyyəti var"

"Yüksəliş" müsabiqəsinin insan kapitalının inkişafı üçün əhəmiyyəti var".

Xeber-ps.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimində deyib.

O qeyd edib ki, "Yüksəliş" müsabiqəsinin qabiliyyətin, yaradıcılığın, innovativ bacarıqların sınaqdan keçirilməsi, insan kapitalının inkişafı üçün və liderlərin formalaşmasında müstəsna yeri var:

"Müasir dünyada hər bir dövlətin və cəmiyyətin rolunu müəyyənləşdirən insan kapitalıdır.

Cəmiyyətlərin, dövlətlərin rifah səviyyəsi insan kapitalı ilə bağlıdır. Müsabiqənin ildən-ilə təkmilləşdirilməsinin yolları, yeni formatların tətbiqi ətrafında təcrübələrə əsaslanaraq müzakirələr aparılır".

Nəzrin Vahid

0.31300115585327