Şükürbəylidə təhsil müəssisəsinin tikintisinə başlanılır

Cəbrayıl rayonunun Şükürbəyli kəndində məktəbəqədər təhsil müəssisəsinin tikintisinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.

Fond tikinti işlərini "Konsept Holding" şirkətinə həvalə edib.

Belə ki, şirkət 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisini həyata keçirəcək.

Şirkətlə Fond arasında 1,73 milyon manat dəyərində müqavilə bağlanıb.

0.35491180419922