Boris Conson bir qrup “Mühafizəkarlar” partiyasının deputatlarının planı sayəsində yenidən Böyük Britaniyanın baş naziri ola bilər.
Onlar keçmiş hökumət başçısının qayıdışını partiyanın seçkilərdə leyboristlərə məğlubiyyətdən xilası kimi görürlər.
Məlumata görə, hazırkı hökumət başçısı Rişi Sunakın atdığı addımlar onun mövqeyini zəiflədir. Bu, “Mühafizəkarlar”a dəstəyin azaldığını göstərən sorğuların nəticələri ilə təsdiq olunur.
Consonun sözçüsü isə onun siyasi planlarını şərh etməyib və avroskeptiklərlə birləşmək planlarının olduğunu təkzib edib. Onun sözlərinə görə, Conson indi kitab yazır və hökuməti dəstəkləyir.
Mənbə: lenta.ru