Bakıda gənc oğlan intihara cəhd edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Əfsun Bəxtiyar oğlu Xudaverdiyev yaşadığı evdə özünü bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.32914900779724