Türkiyəli məşhur aktrisa ərə getdi

Türkiyədə "Ömer" serialındakı rolu ilə məşhurlaşan aktrisa Merve Dizdar bir müddətdir birlikdə olduğu Cihan Ayger ilə ailə həyatı qurub.

Sosial şəbəkələrdə toydan görüntülər paylaşılıb.

Kadrlardan görünür ki, aktrisanın ən yaxın rəfiqəsi və həmkarı Ezgi Mola onu tək qoymayıb.

Qeyd edək ki, Türkiyənin məşhur seriallarında rol almış Merve Dizdar karyerası boyu bir çox uğurlu layihələrdə çəkilib. Ancaq 2022-ci ildə "Ömer" serialındakı rolu ilə böyük rəğbət qazanıb.

Mənbə: Haber Global

0.29115104675293