Xudatda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xudat şəhərində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü İlqar Balaşah oğlu Ağalarov sipirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

0.32986211776733